15 Mart 2023 13:01
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə aramızdakı gərginlik Ermənistana baha başa gələ bilər, Ukraynadan dərs almalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

“Nikol Paşinyanın dünənki mətbuat konfransından bir şey aydın oldu: Ermənistan böyük sınaq və böyük müharibə astanasındadır. Bizi fiziki təhlükə gözləyir, dövlətçiliyimizin mövcudluğu sual altındadır. İnanılmazdır, amma bu bir faktdır. Başqa millətlər hava limanlarında təyyarə gözləyirlər, biz isə fəlakət gözləyirik”, - ekspert bildirib.

Ovannisyan Ermənistanın 30 illik tarixində dövlət kimi formalaşa bilməməsinə də diqqət çəkib: “Otuz illik dövlətçilik tarixi bizə heç nə verməyib, bu, dövlət təfəkkürü deyil”.

Ekspert Ermənistanla Rusiya arasındakı gərginliyin də böyüdüyünü söyləyib:

“Rusiya ilə münasibətlərin süni şəkildə kəskin şəkildə pisləşməsinin heç bir təsiri yoxdur. Rusiyanın açıq mətnlə belə ölkələrin dövlətçiliyini itirməsi ilə bağlı xəbərdarlığının, Ukraynanın kadrlarının da bizə heç bir təsiri yoxdur. Özünü belə bir vəziyyətdə və psixoloji boşluqda tapan xalqlar adətən ağır bədəl ödəyirlər”.

Ovannisyan Ermənistanın onu gözləyən böyük müharibədən qaça bilməyəcəyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər