15 Mart 2023 12:32
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan Ermənistan Baş naziri Nikol Paşinyanın onun bu ölkəyə girişinə niyə qadağa qoyulması ilə bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, jurnalist Ermənistana getmək fikrində olmadığını deyib.

“Düzünü desəm, bu məni o qədər də narahat etmir. Heç Ermənistana getmək fikrim də yoxdur və həyatımda cəmi iki dəfə orada olmuşam. Bir dəfə 25 yaşımda, bir dəfə də 35 yaşımda həyat yoldaşım Tiqranla birlikdə onun dostunun dəvəti ilə ölkəni və Tiqranın qohumlarını tanımaq üçün”, - Simonyan söyləyib.

O qeyd edib ki, indiki Ermənistan hakimiyyəti orada olduqca Ermənistana getməyəcək:

“Ermənistan hakimiyyəti Simonyanı sevmir”.

Nikol Paşinydan bundan əvvəl Simonyanı Ermənistanın maraqlarını satmaqda, özünə qarşı sayğısızlıqda ittiham edib. Simonyan da ona eyni cavabı verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər