15 Mart 2023 13:47
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya zəifləyən kimi Ermənistan ondan uzaqlaşmağa başladı”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr Baş nazir Nikol Paşinyanın artıq açıq formada KTMT və Rusiyadan uzaqlaşmaq siyasəti yürütdüyünü bildirir:

“Paşinyan dünənki mətbuat konfransında dedi ki, biz yox, KTMT bizdən uzaqlaşır. Dahiyanə ifadədir: içində Rusiya kimi qüdrətli ölkəyə şillə, Qərbə baş əymək, anti-ruslara sığal çəkən üsyan var.

Qərb oriyentasiyası, müttəfiqləri dəyişdirmək məqsədi onların tərcümeyi-halından qırmızı xətt kimi keçir. Qərbin maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının və onların ideoloqlarının fəal dəstəyi ilə hakimiyyətə gələn bu komanda hakimiyyətə gəldiyi ilk gündən Qərbə rəğbətini, anti-Rusiya mahiyyətini gizlətməyib. KTMT-dən çıxmaq planı da yeni deyil.

Məsələ budur ki, Rusiya güclü fövqəldövlət olanda ona qarşı çıxmaqdan qorxurdular, Avrasiya Birliyi və KTMT-dən çıxmaq üçün heç bir addım atılmırdı. Fövqəldövlət zəifləyəndə onu “vuranlar” arasında görünməyə və açıq şəkildə Qərbə üz tutmağa başladıq”.


Müəllif: Mənsur Rəğbətoğlu