Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq və tərəflər eskalasiyadan qaçına biləcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan tviterdə bildirib.
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanacaq və bu, ən yüksək səviyyədə verilən rəsmi bəyanatlara əsaslanacaq. Yeni eskalasiya olmayacaq. Beynəlxalq ictimaiyyət bu narrativə qəti şəkildə dəstək verməlidir”, - hökumət başçısı vurğulayıb.