27 Mart 2023 12:46
4 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xüsusi təyinatlıları Ermənistan ərazisində təlimlər keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının xüsusi təyinatlı hissəsinin şəxsi heyəti yüksək dağlıq ərazilərdə keçirilən təlimdə iştirak edib.

Hərbçilər yüksək dağlıq ərazilərdə kəşfiyyat və axtarış tədbirlərini, müxtəlif tipli dağlıq relyef şəraitində sığınacaqların təşkili üsullarını məşq ediblər.

Bundan əlavə, xüsusi təyinatlı bölmələr müxtəlif məsafələr və mövqelərdən müxtəlif tipli hədəflərə adi silahlardan sürətlə atəş açıblar.

Rusiya hərbi pilotları da Ermənistanın dağlıq ərazilərində təlim keçirib. Aviasiya ekipajları çətin hava şəraitində, dağ dərələrində və günün müxtəlif vaxtlarında manevr üsullarını məşq ediblər. Təlim uçuşlarına 120-dən çox hərbi qulluqçu qatılıb, 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub. Bu təlimlərin və kompleks məşqlərin səbəbi hələlik məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər