29 Mart 2023 15:36
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regional şuranın rəhbəri Loran Vokyenin rəhbərlik etdiyi Fransanın Overn-Ron-Alp regionunun nümayəndə heyəti iki günlük səfərlə Sünikə (Zəngəzur) gəlib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinə regionun merləri (Valans, Desin-Şarpyer, Vyana), regional şuranın məsul şəxsləri, həmçinin iqtisadi, mədəni, təhsil dairələrinin, Fransadakı erməni diasporunun nümayəndələri, fransız və erməni jurnalistlər daxildir.

Onlarla birlikdə Fransanın Ermənistandakı və Ermənistanın Fransadakı səfirləri, iki ölkənin digər rəsmiləri, fransız QHT-lərinin rəhbərləri də Zəngəzura gəliblər.

Regiona səfərində Fransa nümayəndə heyətinə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Tərtəryan rəhbərlik edir.

Səfər çərçivəsində Süniklə Overn-Ron-Alp arasında əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu