30 Mart 2023 22:12
2 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putin bir gün qəfildən Ermənistana qarşı sərt tədbirə əl ata, bizi cəzalandıra bilər”.

Teleqraf.com xəbər verir ki, bunu erməni yazıçı Karo Vardanyan deyib.

Yazıçı Ermənistan rəhbərliyinin planlı şəkildə Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmağa çalışdığını iddia edib:

“Nə etdiklərini çox gözəl dərk edirlər. Ermənistandakı siyasi əhval-ruhiyyəni həmişəkindən də yaxşı idarə edə bilirlər. Əminliklə deyə bilərəm ki, bunu ən yuxarıda oturan (Paşinyan) təhrik edir. Anti-Rusiya alovu ilə oynamaq bizə yaxşı heç nə verməyəcək. Hətta iş o yerə çatıb ki, hansısa pranker (hakim partiyanın deputatı Qaqik Melkonyan) Putini həbs etməyə çağırır. Biz hələ də kağız üzərində dövlət sayılırıq. İndi ruslar bu qədər təhqirə nə vaxta qədər dözəcəklər? Bu, çox təhlükəli macəradır.

İndi Rusiya boğazına qədər problemin içindədir, bütün Qərbə qarşı cəbhə açıb. Biz isə heç kimin işinin olmadığını düşünürük, bəlkə də Putinin üç gündən bir beş dəqiqə Ermənistan haqda düşünməyə vaxtı ola, ya olmaya. Amma bir gün o, (Putin) qəfildən hansısa sərt tədbirlərə əl ata, bizi cəzalandıra bilər. Bəs onda özümüzü necə müdafiə edəcəyik?”.

Vardanyan Ermənistanın Rusiyanın qarşısını alacaq səviyyədə olmadığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər