“Özümü nə qədər cilovlamağa çalışsam da, iki gün əvvəl baş verən iyrənc hadisəni hələ də düşünməyə bilmirəm. Küçədə Ermənistan parlamentinin spikeri Alen Simonyanı görən gənc onu yüksək səslə “satqın” adlandırıb. Simonyan cangüdənlərin zəncirini qıraraq aram addımlarla gəncə yaxınlaşıb və onun üzünə tüpürüb. Yeri gəlmişkən, hadisədən sonra izahatlarında bunu fəxrlə təsdiqləyib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.
Onun sözlərinə görə, “tüpürmək” sözünün özü belə vulqardır, yalnız məişət mübahisələrində işlədildikdə “hörmətli” olur:
“Amma ən yüksək dövlət adamlarından birinin ağzından gələndə, xüsusən də konkret hərəkətə çevriləndə, artıq dövlətin sonu olur.
“Satqın” sözünə gəlincə, bu, söyüş və ya şəxsi təhqir deyil, sırf siyasi qiymətdir, buna qarşı vulqar söz və ya tüpürcəklə deyil, düzgün və əsaslı cavab verilməlidir.
Dünyada heç vaxt az-çox demokratik dövlətin lideri olmayıb ki, siyasi rəqibləri tərəfindən “satqın” damğası vurulmasın. Təəccüblü görünə bilər, vaxtilə hətta Ruzvelt kimi ABŞ-ın görkəmli prezidentləri də öz siyasi opponentləri tərəfindən “vətən xaini” elan edilib. Məsələn, Şərqi Avropa ölkələrini Sovet İttifaqına verdiyinə görə, Çinin kommunistləşməsinə mane olmadığına görə Trümen, Rusiya ilə görüşdüyünə görə Klinton. Heç biri onlara “satqın” damğası vuranların üzünə tüpürməmiş, amma bütün bu ittihamlara tutarlı arqumentlərlə qarşı çıxıblar.
İndi qayıdaq Alen Simonyanın bağışlanmaz əməlinə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası onun işdən çıxarılması məsələsinə təşəbbüs göstərməyə borcludur. Heç nəyi şişirtmirəm, onun bu hərəkəti dövlətçiliyimizə vurulan ən böyük ziyandır, bunu da ancaq vəzifədən uzaqlaşdırılması bahasına aradan qaldırmaq olar”.