Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkə parlamentinin təhqiqat komissiyasına dəvət olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin istintaq komissiyasının rəhbəri Andranik Köçəryan məlumat verib.
Keçmiş nazirin komissiyaya dəvət olunmasına səbəb 2020-ci ildə baş tutan 44 günlük müharibənin şərtlərinin araşdırılmasıdır.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan da komissiyaya dəvət oluna bilər.