7 Aprel 2023 12:05
2 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə hərbi çevrilişin olacağından qorxur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Mənbə bildirir ki, Ermənistan Müdafiə Nazirliyi hökumətə hərbi qulluqçuların siyasi çağırışlar etməsini və açıqlamalar verməsini, toplantılarda hərbi və ya xidməti geyimdə iştirakını qadağan edən qanunvericiliyə dəyişiklik təklif edib:

“Layihə artıq parlamentdədir, gələn həftə qəbul olunacaq.

Konstitusiyada artıq Ermənistan Silahlı Qüvvələrinin siyasi neytrallığı qorumağa borclu olduğu təsbit olunduğu halda hökumət niyə buna gedir?

Rəsmi mənbənin sözlərinə görə, hökumətin görünən sakitliyinə baxmayaraq, Paşinyanın qorxuları işıq sürəti ilə artır. O hiss edir ki, orduda xeyli narazılıq yaranıb”.

“Hraparak” Ermənistanın son üç ildə Azərbaycana silsilə məğlubiyyətlərinin ordu daxilində baş nazirə qarşı cəbhəni genişləndirdiyini iddia edir:

“Paşinyan anlayır ki, hərbçilər inqilabi dalğa qaldıra bilər, ona görə də təhlükəli gəlişmələrin qarşısını əvvəlcədən almağa qərar verib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər