14 Aprel 2023 12:28
1 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KTMT-də Azərbaycanın müttəfiqləri Ermənistanın müttəfiqlərindən çoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Bağdasaryan deyib.

“Rusiya ən yaxşı müttəfiq deyil, Azərbaycanın KTMT-dəki müttəfiqləri Ermənistanın müttəfiqlərindən daha çoxdur. Amma başqa çarə (Rusiya ilə yola getməkdən) yoxdursa, Rusiya ilə düşmənçilik də edə bilmərik. Çünki Rusiyadan başqa heç kim bizə təhlükəsizliklə bağlı təklif vermir”, - politoloq bildirib.

Bağdasaryan qərbyönlü siyasətinə görə Rusiyanın Ermənistana münasibətinin soyuduğunu söyləyib. Eyni zamanda, Ermənistan və Azərbaycan arasındakı məsələlərin Qərb platformalarında həllinin Rusiyanı qıcıqlandırdığını vurğulayıb.

“Bu siyasətimizə (qərbpərəst) görə Ermənistan nəinki regional təcrid vəziyyətindədir, hətta potensial müttəfiqlərimiz belə bizdən uzaqlaşırlar. Məsələlər regional platformalarda, məsələn, 3+3 formatında müzakirə oluna bilərdi. Həmin formatda Ermənistanın ən azı iki müttəfiqi ola bilərdi: Rusiya və İran”, - ekspert söyləyib.

Bağdasaryanın fikrincə, Ermənistanın Rusiyanı bir kənara qoyaraq xarici platformalarda sülh axtarmaq səyləri onu sabitlikdən daha da uzaqlaşdırır: “Bunun böyük bir eskalasiya yükü var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər