İrəvanda, İran və Hindistan Xarici İşlər nazirlikləri arasında üçtərəfli formatda ilk siyasi məsləhətləşmələr baş tutub.
Teleqraf.com xəbər verir ki, nümayəndə heyətlərinə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, İran XİN-in Cənubi Asiya İdarəsinin rəhbəri Rəsul Musəvi və Hindistan XİN-in Regional Baş İdarəsinin rəhbəri Jitender Pal Sinqx daxildir.
İclasda iqtisadi və regional kommunikasiya kanalları ilə bağlı məsələlər müzakirə edilib, mədəni və digər əlaqələrin dərinləşdirilməsi perspektivləri və müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın perspektivləri vurğulanıb.
Tərəflər əməkdaşlığa yönəlmiş üçtərəfli formatda məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.