Ermənistanda hərbi hissə komandirinin müavini rüşvət ittihamı ilə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi əməliyyat zamanı 4 hərbçini rüşvət alarkən yaxalayıb.
Hərbçilər əsgərin valideynindən 1750 dollar onun yerini və vəzifəsini dəyişdirəcəklərinə söz veriblər.
Saxlanılanların barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.