24 Aprel 2023 16:14
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

London Ali Məhkəməsi erməni iş adamı Tiqran Arzakantsyanın həyat yoldaşı Nataliya Rotenberqin həbsi barədə qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, buna səbəb Rotenberqin keçmiş ərindən (Arkadi Rotenberq) boşanma işi ilə məşğul olan vəkillərinə pul verməkdən imtina etməsi və məhkəməyə gəlməməsidir.

Nataliya birinci əri, rusiyalı iş adamı Arkadi Rotenberqdən 2013-cü ildə boşanıb. 2016-cı ildə iki tərəf arasında ailə sərvətləri ilə bağlı barışıq müqaviləsi imzalanıb. Amma bir müddət sonra keçmiş ər fikrini dəyişib, bundan sonra hüquqi prosesə start verilib.

Proses ərzində vəkilləri ondan 100 000 funt-sterlinq xidmət haqqı tələb ediblər. Amma Nataliya Rotenberq həmin məbləği verməkdən imtina etməklə yanaşı, məhkəməyə də gəlməyib.

Nataliyanın ikinci əri Tiqran Arzakantsyan Ermənistan parlamentinin keçmiş deputatı, “Great Valley” şirkətinin sahibidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər