26 Aprel 2023 11:01
2 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif DEVA Partiyasının sədri Əli Babacan 14 may seçkiləri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Babacan seçicilərinin çoxunun CHP sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğluna səs verməyəcəklərini deyib.

Siyasətçi bu məsələdə dürüst olduqlarını və seçicilərin yalnız bir hissəsini Kılıçdaroğluna səs verməyə razı sala biləcəklərini söyləyib:

“CHP-dən bu təklif gələndə bildirdik ki, dürüst olmalıyıq, seçicilərimizin hamısını CHP-yə səs verməyə razı sala bilmərik. Bunun tamamilə təbii olduğunu söylədilər. Buna görə də işin riyaziyyatı və psixologiyası fərqlidir”.

Kamal Kılıçdaroğlunun namizədliyini nəzərdə tutan Babacan əlavə edib:

“Birinin olduğu yerdə digərini dəstəkləməmək kimi bir durum yarana bilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər