28 Aprel 2023 19:37
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan əhalisinin sayı son 12 ildə 3 faiz azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin hesabatında qeyd olunub.

Hesabata əsasən, Ermənistanda daimi yaşayan əhalinin sayı təqribən 2 928 000 nəfər olub ki, bu da 2011-ci illə müqayisədə əhali sayında 3 faiz azalma deməkdir.

Komitənin hesabatında o da qeyd olunub ki, təqdim olunan rəqəm 2001-ci illə müqayisədə əhali sayında 9 faiz azalmanı göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər