Aprelin 26-da BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təcavüzündən bəhs edən BMT və Avropa Şurası arasında əməkdaşlığa dair qətnamə qəbul edib.
Teleqraf.com xəbər verir ki, Ukraynanın BMT-dəki nümayəndəsi Rusiyanın qətnamədən “Ukraynaya təcavüz” ifadəsini çıxarmaq istəsə də, sənəd lehinə 122 səslə qəbul edilib.
Digər ölkələrlə yanaşı, Ermənistan, Qazaxıstan, Çin və Türkiyə də qətnaməni dəstəkləyib.
Rusiya, Belarus, Nikaraqua, Suriya və Şimali Koreya qətnaməyə qarşı çıxıb.
Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər 15 ölkə bitərəf qalıb.