3 May 2023 23:26
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaşinqtonda müzakirə olunanlar məhz keçən həftə bu tribunadan təqdim etdiyim şeydir".

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında bildirib.

“Bəli, masanın üstündə bir sənəd var. Siz o sənəddə yeni heç nə tapa bilmərsiniz, çünki mən bu kürsüdən bu sənəd haqqında açıq şəkildə demişəm. Orada danışıqlar getdiyi üçün hər hansı müsbət və ya mənfi rəy danışıqların gedişinə təsir edəcək. Heç nə deməyək”, - Nikol Paşinyan bildirib.

O, danışıqlar qrupuna nə tapşırdığını qeyd edib. “Dedim ki, yadda saxlayın, danışıqlar apardığınız kağızı imzalayacağam. Siyasi təlimatlarımız çərçivəsində və açıq şəkildə ifadə etdiyimiz fikirlərimiz çərçivəsində sərbəst şəkildə danışıqlar aparın”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər