Çexiyaya səfərə gedən Ermənistan Baş naziri Nikol Paşinyanı həyat yoldaşı Anna Akopyanın niyə müşayiət etdiyi məlum deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr Ermənistanın birinci xanımının tez-tez protokol qaydalarını pozduğunu bildirir:
“Ermənistan Baş naziri Nikol Paşinyanın mayın 4-dən 6-dək Çexiyaya rəsmi səfəri zamanı həyat yoldaşı Anna Akopyan da nümayəndə heyətinə daxil edilib. Diplomatik protokolda qəbul edilir ki, dövlət başçılarının dövlət və ya rəsmi səfərləri zamanı onları həyat yoldaşları (əri) müşayiət edə bilər. Müəyyən mənada işgüzar və ya qeyri-rəsmi səfərlər zamanı qəbul edilmir, amma belə hallarda Nikol Paşinyanın rəhbərlik etdiyi rəsmi nümayəndə heyətlərinin tərkibinə çox vaxt təkcə Anna Akopyan deyil, bəzən övladları da daxil edilir.
Dövlət və rəsmi səfərlər zamanı dövlət başçısının xanımı nümayəndə heyətinin tərkibinə yalnız qəbul edən tərəf protokola uyğun olaraq eyni formatda qəbula hazır olduqda daxil olunur. Ona görə də bu mənzərəninin şahidi olduq: baş nazirin rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin tərkibində olan Anna Akopyan Nikol Paşinyanın səfəri zamanı heç bir rəsmi görüşdə və ya qəbulda iştirak etməyib.
Çexiyadan olan liderlərdən heç biri (prezident, baş nazir, spiker) xanımları və ya ərləri ilə görüşlərdə iştirak etməyib. O cümlədən, Anna Akopyan Ermənistan və Çexiya baş nazirləri, Nikol Paşinyan və Çexiya Prezidenti Peter Pavel arasında və parlament palatalarının rəhbərləri ilə keçirilən görüşlərə qatılmayıb. Eləcə də Nikol Paşinyanı Praqada Transatlantik Əlaqələr Mərkəzində müşayiət etməyib.
Əvəzində o, Çexiya müdafiə naziri Jana Çernoçova ilə anlaşılmaz görüş keçirib.
Qeyd edək ki, inqilabdan sonra Ermənistan diplomatik protokola “inqilabi yeniliklər” daxil edib.
Ermənistanın spikeri Alen Simonyanın Qətərə cins şalvar, idman ayaqqabısı və sərbəst köynəkdə səfərə getməsindən sonra cins şalvar və idman ayaqqabısında olan bir qadın Praqaya rəsmi səfərə gedən Baş nazir Nikol Paşinyanı müşayiət edir və bu görkəmdə hərbi fəxri qarovulun önündən keçir”.