“Ermənistanı yeni müharibə və yeni kapitulyasiya gözləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.
“Hökumət yeni kapitulyasiyanı da imzalayacaq. Sülhə nail olmağın yeganə yolu yeni müharibəyə hazırlaşmaqdır. Amma bu durumda heç vaxt sülhə nail ola bilməyəcəyik. Bu hökumətin iqtidarı dövründə bizi yeni kapitulyasiya və yeni müharibə gözləyir”, - siyasətçi bildirib.