10 May 2023 16:10
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Türkiyə Ermənistandan “Nemesis” terrorçularına qoyulmuş bədnam abidəni sökməyi tələb edib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu baş verməyəcəyi təqdirdə adekvat addım atılacaq.

Teleqraf.com xəbər verir ki, Ermənistan baş nazirinin müşaviri, İrəvan bələdiyyəsinin keçmiş sədri Qraçya Sərkisyan məsələyə münasibət bildirib.

Ermənistan rəsmisi Baş nazir Nikol Paşinyanın bu abidənin qoyulmasından xəbərinin olmadığını iddia edib:

“Bələdiyyə sədri olduğum müddətdə belə bir abidənin qoyulacağından xəbərdar idim. Baş nazirə niyə belə bir abidənin qoyulacağını deməmişdim. Çünki söhbət tarixi faktdan gedirdi”.

Türkiyə bədnam abidənin qoyulmasından sonra hava məkanını Ermənistan üçün bağlayıb və abidənin sökülməsi üçün xəbərdarlıq edib.

“Nemesis” əməliyyatı “Daşnaksütyun” terror təşkilatının ötən əsrin əvvəllərində Azərbaycan və Osmanlıya qarşı keçirdiyi terror aksiyasıdır. O dönəmdə erməni terrorçular tərəfindən qətlə yetirilənlər arasında Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri də olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər