Rusiya Ermənistan Baş naziri Nikol Paşinyanı mayın 9-da Moskvada keçirilən Qələbə paradına təzyiq edərək aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
“Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə oldu və mayın 9-da Moskvada Qızıl Meydanında İkinci Dünya Müharibəsində qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etdi.
Paşinyanın daim kədərli olması, üzündəki üzüntüsünü gizlətməməsi çoxlarının diqqətini çəkib. İndi onun üçün hər şeyin yaxşı olmadığı sirr deyil.
Adının çəkilməsini istəməyən Ermənistanın təcrübəli diplomatlarından biri bizimlə söhbətində Paşinyanın əslində müəyyən mesajlar verdiyini deyib. Onun sözlərinə görə, diplomatik dildən “tərcümə” etsək, Paşinyan xüsusilə Qərbə göstərdi ki, o, belə demək mümkünsə, “girov”dur, könüllü olaraq paradda iştirak etməyib. Əgər doğrudan da belədirsə, Rusiyanın onu Moskvaya aparması üçün hansı resurslardan istifadə etdiyini təxmin etmək olar”, - məqalədə deyilir.