11 May 2023 13:12
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Rusiyaya qarşı 11-ci sanksiyalar paketini hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Blumberq” agentliyi məlumat verib.

Agentlik yazır ki, yeni paketin hədəfi müxtəlif qaranlıq sövdələşmələrlə Moskvaya Qərb sanksiyalarından yan keçməyə birbaşa və ya dolayısı ilə kömək edən qeyri-Rusiya şirkətləri olacaq.

Paketdə Ermənistan da daxil olmaqla 35-dən çox şirkət var. AB-nin fikrincə, bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verirlər.

İndiyə qədər ən azı bir Ermənistan şirkəti sanksiyaya məruz qalıb. Amma söhbət AB-nin yox, ABŞ-ın sanksiyalarından gedir. Sanksiyaya məruz qalan bu ölkənin TAKO şirkətidir.

Şirkət 2022-ci ilin mayında Ermənistanda qeydiyyata alınıb və elektron məhsulların ticarəti ilə məşğuldur.

ABŞ-ın “Politiko” qəzeti bundan əvvəl Ermənistanın Qərbdən aldığı çip və müxtəlif elektron məhsulları Rusiyaya ötürdüyü haqda məlumat yaymışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər