16 May 2023 16:07
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, sifariş verdikləri və pulunu ödədikləri silah və avadanlıqları Rusiyadan ala bilmirlər.

Teleqraf.com xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məsələ ilə bağlı jurnalistlərə yeni açıqlama verib.

“Bəli, həqiqətən də silahlar Ermənistana göndərilməyib, iş gedir, bunu davam etdirməyə çalışırıq. Buna əlavə edəcəyim heç nə yoxdur. Ətraflı məlumat verə bilmərəm. Bəli, pul ödənilib, amma silah verilməyib”, - Səfəryan deyib.

Jurnalistlərin “Rusiyanın silah problemi var, bu səbəbdən Ermənistana çatdırılmır, yoxsa Rusiya hakimiyyətinin siyasi qərarı var” sualına Səfəryan belə cavab verib:

“Deyə bilmərəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər