“Rusiya ABŞ-ın Ermənistana rusları öz ərazisindən çıxarmaq və təhlükəsizliyin təmin olunmasına yardım etmək təklifini açıq təxribat kimi qiymətləndirir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Bilirəm, bizdə belə bir məlumat var, ABŞ ermənilərə deyir ki, bizə gəlin, rusları öz ərazinizdən qovun, sərhədçilərini də, hərbi bazalarını da çıxarın, amerikalılar təhlükəsizliyin təmin edilməsinə kömək edəcəklər. Bu, artıq açıq təxribat, diplomatiya deyil”, - Rusiya rəsmisi bildirib.