Oxşar xəbərlər
Avropa Birliyi (AB) bu ittifaqa üzv dövlətlərdən Ermənistana, oradan Rusiyaya ticarət axınında şübhəli artım gördüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni məlumat verib.
“Ayrı-ayrı AB ölkələrinin gömrük sistemlərindəki fərqlər sanksiyalardan yan keçmək istəyənlərə ayrı-ayrı sistemlərdəki boşluqlar vasitəsilə bunu etməyə imkan verir. Ticarətdə sanksiyalardan yan keçməyin müəyyən yolları var. Dünən AB-nin İqtisadi və Maliyyə Şurasında nazirlərə məlumatları təqdim etdik. AB-dən bir sıra ölkələrə - Ermənistan, Qazaxıstan və Qırğızıstana, bu ölkələrdən isə Rusiyaya ixracda açıq artım var”, - Gentiloni bildirib.