17 May 2023 19:57
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində xidmət çəkən erməni hərbçi naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, hərbçi xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycan Ordusu tərəfindən hərbçinin güllə yarası aldığını iddia edib. Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər