21 May 2023 23:13
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun Azərbaycanla 44 günlük müharibədə məhv edilmiş hərbçilərinin valideynləri sabah İrəvanda baş nazir Nikol Paşinyana qarşı aksiya keçirəcəklər.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, səhər saatlarında hökumət binasının qarşısında başlayacaq aksiyada məqsəd müharibədə məhv edilmiş Jor Martirosyanın anası Qayane Akopyanın həbsinə etirazdır. Qayane Akopyan Paşinyanın oğlunu qaçırmaqda ittiham olunur.

Eyni zamanda sabah saat 11:00-da hökumət binasında Nikol Paşinyanın mətbuat konfransı keçirəcəyi bildirilir. Məhv edilmiş hərbçilərin anaları aksiya keçirərək Paşinyana bir neçə sual ünvanlamaq istəyirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər