22 May 2023 12:29
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Ermənistandakı səfiri rəsmi girişdən hökumət binasına buraxılmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib.

“Hamının gözü önündə diplomatik skandal baş verdi.

Hökumət binasının önündə olarkən diplomatik skandal kimi qələmə veriləcək bir reallığın şahidi oldum. Hökumət binasına gələn Fransanın Ermənistandakı səfirini rəsmi girişdən hökumət binasına buraxmayıb, ekonom girişə yönəltdilər. Səfirin akkreditasiya üçün diplomatik müraciətində göstərilir ki, səfir dövlət başçısını təmsil edir və səfiri qəbul edən ölkədə də ona eyni hörmət və münasibət olmalıdır.

Fransanın Ermənistandakı səfirinə o qədər hörmətsizlik edilir ki, onu rəsmi qəbula layiq görmürlər, hökumət binasının girişində onu heç kim qarşılamır, müşayiət etmir, mərkəzi giriş qapılarında dayanan polislər barmaqları ilə ona ekonom girişi göstərirlər.

Diplomatik protokolda yalnız dost olmayan ölkələrin səfirlərinə belə hörmətsizlik edilə bilər”, - sabiq səfir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər