22 May 2023 16:47
2 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva KTMT-yə üzvlük məsələsində Ermənistanla dialoqu davam etdirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistanın baş nazirinin bəyanatına gəlincə, erməni dostlarımızla dialoqu mütləq davam etdirəcəyik, onlarla KTMT-nin fəaliyyətində gələcək birgə iştirakımız barədə danışacağıq”, - Peskov bildirib.

Bundan əvvəl Baş nazir Nikol Paşinyan bildirib ki, KTMT-yə üzvlüyün de-yure statusu Ermənistanın digər ölkələrlə təhlükəsizlik məsələlərini müzakirə etməsinə mane olacaq. Baş nazir əlavə edib ki, Ermənistan KTMT-dən çıxmaqla bağlı de-yure qərar versə, bu, təşkilatın Ermənistanı tərk etdiyini qeyd edəndə baş verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu