2 İyun 2023 00:12
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, heç vaxt ucadan deyilməyib, amma məncə, aydın görünür: biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik”.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “CNN primanews” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbdə Ermənistanın Rusiyanın müttəfiqi olduğunu düşünürlər, Rusiyada isə əksinə, görürlər ki, Ermənistan Ukraynadakı müharibədə onların müttəfiqi deyil.

"Biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik", - Paşinyan bildirib.


Müəllif: Teleqraf.com