Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 7-də Soçiyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, iyunun 7-9-da baş tutan səfər zamanı Paşinyan Avrasiya İqtisadi Birliyinin hökumət başçıları iclasında iştirak edəcək.
Qeyd edək ki, Paşinyan mayın 25-də də Rusiyada səfərdə olub.