9 İyun 2023 00:26
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan birbaşa reysini açır.

Teleqraf.com xəbər verir ki, ilk reys iyunun 30-da baş tutacaq və biletlərin satışı artıq başlayıb.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Ermənistan Hava Yollarının bu uçuşuna icazə müəyyən edilmiş prosedurlara uyğun olaraq verilib.


Müəllif: Teleqraf.com