Ermənistan xarici işlər naziri Ararat Mirzoyan regional kommunikasiyaların açılmasına dair danışıqlarda müəyyən irəliləyiş görür.
Teleqraf.com xəbər verir ki, bunu XİN başçısı parlamentdə deyib.
O qeyd edib ki, hələlik yekun nəticə yoxdur və müzakirələrin təfərrüatını açıqlaya bilmir.
O, hökumətin kommunikasiyaların, xüsusən də “Erməni kəsişməsi” konsepsiyası çərçivəsində açılmasında maraqlı olduğunu bildirib.