“Fransa və Ermənistanın ümumi tarixi və qədim əlaqələri var, ona görə də dostluq, eləcə də müdafiə sahəsində əlaqələr qorunmalıdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekor özünün Tvitter səhifəsində Ermənistan müdafiə naziri Suren Papikyanın səfəri ilə bağlı yazıb.
Lekorn qeyd edib ki, Papikyanın səfəri "mühüm hadisə" ilə bağlıdır:
“Fransa Prezidenti Emmanuel Makronun fərmanına əsasən, Fransa müqavimət hərəkatının məşhur döyüşçüsü, Fransanın milli qəhrəmanı Misak Manuşyanın Paris panteonunda yenidən dəfn edilməsi qərara alınıb”.