25 İyun 2023 01:12
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Rusiyadakı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə şənbə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Nikol Paşinyan vurğulayıb ki, Rusiyada baş verən hadisələr Rusiyanın daxili işi olsa da, dost ölkədəki vəziyyətlə bağlı məlumat almaq istəyir. Rusiya prezidenti baş nazirə son hadisələrlə bağlı məlumat verib”, - məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər