Avropa Birliyinin (AB) rəsmi sənədində “Taco” MMC adı ilə qeyd olunan Ermənistan şirkəti 11-ci anti-Rusiya sanksiyalar paketinə daxil edilib.
Teleqraf.com xəbər verir ki, sözügedən şirkət bundan əvvəl ABŞ-ın sanksiyasına məruz qalıb.
ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında iki erməni şirkəti var. Biri yuxarıda adı çəkilən “Taco”, digəri “Milur Electronics”dir. Bu şirkətlər elektronikanın topdan satışı ilə məşğuldurlar.
“Taco” Rusiyanın elektronika dileri “Radioavtomatika”, “Milur Electronics” isə Rusiyanın mikrosxem şirkəti “Milandr” ilə əməkdaşlıq edir.
Hər iki erməni şirkəti Rusiyaya ixracı qadağan edilmiş məhsulların Qərb ölkələrindən alınaraq Moskvaya ötürülməsindən ittiham olunur.