2 İyul 2023 14:40
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 46 yaşlı vulkanizasiya işçisini güllələyib.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, ötən gün T.Xaçatryan əvvəlcə şəhərin mərkəzində polislərdən birinin arvadını təhqir edib, daha sonra tərəvəz satıcısını döyüb. Axşam saatlarında isə Gorus rayon sakini olan vulkanizasiya işçisini güllələyib. Güllə onun əlinə dəyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Tiqran Xaçatryan axtarışa verilib.

İnsidentin səbəbi kimi isə T.Xaçatryanın qardaşının həbsi göstərilir. Bildirilir ki, 29 iyunda Ermənistan DİN Tavuşda əməliyyat keçirib və xeyli sayda vətəndaşı saxlayıb. Saxlanılanlardan biri də Zəngəzurun keçmiş qubernatoru Surik Xaçatryanın oğludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər