İyulun 3-də Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Polşanın paytaxtı Varşavaya üç günlük səfərə yola düşüb.
Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinə “Ermənistan” fraksiyasının deputatı Armen Gevorqyan da daxil olsa da, onun təyyarəyə minməsinə icazə verilməyib.
Məlumata görə, adı cinayət işinə qarışan deputatın ölkəni tərk etmək hüququ yoxdur. Gevorqyan ezamiyyətə bir neçə gün qalmış kollektivi əmin edib ki, məhkəmə onun getməsinə icazə verib, bu barədə ona vəkili deyib.
Gevorqyan sabiq prezident Robert Köçəryana qarşı açılmış cinayət işində iştirak edir, bir neçə ildir mühakimə olunur. Bu səbəbdən uçuş gecikib, məhkəmənin razılığı almaq mümkün olmadığı üçün Gevorqyan çamadanını da götürərək geri qayıtmalı olub.