27 sentyabr 2020-ci il tarixdə Ermənistan hökumətinin hərbi vəziyyət elan etməsinə baxmayaraq 15 oktyabrda Ermənistanın N saylı hərbi hissəsinin komandiri vəzifəsini tutan polkovnik A.Q. vəzifələrini yerinə yetirməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir.
Motoatıcı alayın bütün hərbi qulluqçularının rəisi olan A.Q Azərbaycan Ordusunun qarşısını almaq imkanında olsa da, o, “Piloyan” dəstəsinin komandiri, general-mayor A.P.-nin "qanuni" əmri yerinə yetirməyib.
Məlumatda bildirilir ki, A.G. mənəvi-psixoloji depressiya vəziyyətində olub. O, şəxsi heyətə rəhbərlik etməkdən imtina edib.
Digər cinayət işi üzrə 15 oktyabr 2020-ci il tarixdə saat 15:30 radələrində ER Müdafiə Qüvvələrinin N saylı hərbi hissəsinin 1-ci atıcı taborunun komandiri vəzifəsində çalışan podpolkovnik S.M. açıq şəkildə hərbi xidmətdən imtina edib.
S.M. bilavasitə rəisi general-mayor A.P-nin "qanuni" əmrini yerinə yetirməyib.
S.M. hərbi qulluqçulardan ibarət qruplar yaratmayıb, cəbhə bölgəsinə geri qayıtmayıb, vəzifələrini yerinə yetirməkdən açıq şəkildə imtina edib.
Prokurorun qərarı ilə 31 may 2023-cü il tarixdə A.G. və S.M.-ya qarşı Cinayət Məcəlləsinin müvafiq maddələrilə ittiham irəli sürülüb.