7 İyul 2023 21:25
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın xarici işlər naziri, parlamentin sabiq sədri Ararat Mirzoyana qarşı suiqəst törətmək istəyən şəxslərdən birinin işi məhkəməyə göndərilib.

Teleqraf.com xəbər verir ki, şübhəli bilinən şəxs saxlanıldıqdan sonra dərhal ona ittiham irəli sürülüb, ardınca da həbs edilib.

Qeyd edək ki, müharibənin sonuncu günü Ermənistan parlamentinin binası yaxınlığında iğtişaşlar baş verib və nəticədə həmin vaxt parlament spikeri Ararat Mirzoyan ağır yaralanıb. Mirzoyan çoxsaylı bədən xəsarətləri aldığından huşunu itirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər