8 İyul 2023 16:06
4 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan yarımmüstəmləkə sistemi ilə idarə olunur”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Sasna Çrer” Partiyasının lideri Jirayr Səfilyan deyib.

“Ermənistanda klassik mənada siyasi meydan yoxdur, ölkəmiz yarımmüstəmləkə sistemi ilə idarə olunur. Ona görə də sağlam atmosferin formalaşacağını gözləməyə ehtiyac yoxdur. İki-üç ildir görürük ki, Moskva Paşinyan hakimiyyətini sıxışdırmaq, onu daha idarəolunan etmək, ondan istədiyini almaq üçün “5-ci kolon”unu aktivləşdirib. 44 günlük müharibə gözümüzün qabağında baş verib. Müharibədən sonra kütlənin küçələrə çıxarılması Moskvanın təxribatı idi”, - partiya rəhbəri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər