12 İyul 2023 14:21
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Ermənistana müqavilə əsasında silah-sursat verməməsi məsələsi Ermənistan-Rusiya münasibətlərində gündəm məsələsi olaraq qalır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Şurasının katibi Armen Qriqoryan deyib.

“Bütün problemlərə həll tapmaq üçün tərəfdaşlarımızla açıq və sakit müzakirə aparılmalıdır. Çünki bu problemlər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Ümid edirik ki, bu problemlər Ermənistan üçün çox önəmli olduğu üçün həllini tapacaq. Onda ümid edirik ki, onlarda bunun Ermənistan üçün çox vacib olduğu təsəvvürü var”, - şuranın rəhbəri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər