18 İyul 2023 21:12
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə münasibətlərdə durğunluq ola bilsin ki, seçki kampaniyası ilə bağlı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberqlə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hər iki tərəf indi konkret addımlar ata bilər.

"İndi münasibətlərin normallaşdırılması üzrə danışıqları davam etdirməyin vaxtı çatıb. Hər iki tərəf yekun və tam normallaşma yolunda olduğunu göstərmək üçün konkret addımlar ata bilər”, - A.Mirzoyan bildirib.

O, belə mümkün addımlar sırasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin ilk növbədə üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər