Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Ermənistan-İran əməkdaşlığı ilə bağlı məsələlər, qardaşlıq münasibətləri müzakirə olunub.
İkitərəfli gündəliyin, əldə olunmuş razılaşmaların yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mirzoyan İran prezidentinə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələr barədə məlumat verib.