Dövlət problemlərinin həllində istənilən vəziyyətdə "rus çarına məktub yazmaq" janrına qaçmağa son vermək lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən mətbuat konfransında deyib.
Paşinyan problemlərin həlli üçün Moskva, Vaşinqton və ya Brüsselə müraciət etməyin heç də həmişə doğru və düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, dövlət özünün məsuliyyət zonasını dəqiq müəyyən etməlidir:
"Moskvanın mövqeyində çox düzgün vurğular var. Diplomatik dildən tərcümə etsək, onlar deyir ki, siz 30 ildir müstəqilliyi olan ölkəsiniz, nə qədər müxtəlif məsələlərə görə Moskvaya müraciət etmək olar? Lakin biz bunu etməyə öyrəşmişik. Bizdə hətta "rus çarına məktub" janrı var, biz nə qədər bu cür yaşaya bilərik?!"
Paşinyan bu "janr"ın formalaşmasına Qarabağdakı separatçıların da "mühüm töhfə" verdiklərini deyərək, bu gün Moskvanın özünün də problemləri olduğunu, lakin bunları heç kimə ünvanlamadığını söyləyib:
"Biz müstəqil dövlət kimi böyümək yolunda növbəti addım ataraq dərk etməliyik ki, problemlərimizi ilk növbədə biz özümüz həll etməliyik".