“Qərb ölkələri Ermənistanı şantaj etmək üçün “çirkin üsullar”dan istifadə edir, onu Rusiya ilə üz-üzə qoyur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
Diplomat qeyd edib ki, bu gün Moskva ilə İrəvan arasında KTMT, Avrasiya İqtisadi Birliyi və MDB çərçivəsində, eləcə də müxtəlif beynəlxalq platformalarda, ilk növbədə, BMT-də ciddi xarici siyasət koordinasiyası qurulub.
“Əgər İrəvanla münasibətlərdə bəzi neqativ məqamlardan danışırıqsa, o zaman bunlar ilk növbədə Qərb dövlətlərinin Rusiya-Ermənistan tərəfdaşlığına xələl gətirmək cəhdləri ilə bağlıdır. Müxtəlif, o cümlədən çirkli üsullardan istifadə olunur”, - Qonçar bildirib.
Rusiya rəsmisi Qərbin Ermənistanı sanksiyalarla şantaj etdiyini iddia edir.