Avqustun 10-da naməlum şəraitdə Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri Jora Karapetyan güllə yarası alıb.
Teleqraf.com xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.