23 Avqust 2023 11:56
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cəlilabad rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Həmçinin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından da bildirilib ki, tibb müəssisəsinə zəlzələ ilə əlaqəli müraciət daxil olmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər