Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalova məxsus “Raava Music” leyblinin üzvlərindən biri olan Andro avqustun 30-da İrəvanda konsert verməli idi.
Teleqraf.com xəbər verir ki, bu gün konsertin təşkilatçıları İnstaqram səhifəsində Andronun İrəvandakı konsertinin ləğv edilməsi və bilet pulunun geri qaytarılacağı ilə bağlı açıqlama yayıb.
Andro milliyyətcə qaraçıdır, Ukraynanın Kiyev şəhərində anadan olub.
Müğənni bundan əvvəl İnstaqram səhifəsində Ermənistanın paytaxtında konsert verəcəyini yazmışdı.